Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqının Respublika Komitəsi sədr Məhərrəm Xəlilovun imzasıyla üzv təşkilatlarına xidməti istifadə üçün məktub göndərib.
Məktubda qeyd edilir:
“ “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişiklik edilmişdir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 65 manatdan 90 manata artırılıb. Bundan başqa, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 50 manatdan 70 manata, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbə və kəndlərdə 45 manatdan 65 manata qədər artırılıb.
işçilərin “Ezamiyyə xərclərinin normaları haqqında” Qaydalarının 1.2-ci bəndinin 6-cı hissəsinə də dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün verilən 10 manat əlavə vəsait 15 manata artırılıb. Bu qərar 01 iyul 2018-ci ildən qüvvəyə minmişdir.
Bu qərardan çıxarışı gündəlik fəaliyyətinizdə istifadə edilməsi üçün Sizə göndəririk.”