"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə işçilərinin Həmkarlar ittifaqı üzv təşkilatlarda əmək qanunvericiliyinə riayət olunmasıyla bağlı monitorinqə başlayır

--2020-01-28 / 08:34

23 dekabr 2019-cu ildə keçirilən bələdiyyə seçkilərindən sonra formalaşan bələdiyyələrdə yeni seçilən bəzi bələdiyyə sədrləri işçilərdən könüllü işdən azad olunma ilə bağlı ərizə tələb edirlər. Bununla bağlı Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqına Həmkarlar ittifaqı üzvlərindən çoxsaylı müraciətlər daxil olmaqdadır.

Bununla bağlı Belediyye.infoya açıqlama verən Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqı Respublika Komitəsinin hüquq müfəttişi Məhəmməd Kərimov bildirib ki, təşkilata daxil olan müraciətləri nəzərə alaraq Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyasının icraiyyə Komitəsinin 23b.8-ə saylı 23 may 2001-ci il tarixli Qərarı ilə təsdiq olunmuş əmək qanunvericiliyinə riayət olunması üzrə həmkarlar ittifaqı tərəfindən ictimai nəzarətin təşkili və həyata keçirilməsi haqqında “əsasnamə”yə müvafiq olaraq Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqı 25 yanvar tarixindən etibarən üzv təşkilatlarda monitorinqlərə başlayıb. Monitorinqlər zamanı müddətsiz əmək müqavilələrinin müddətli əmək müqaviləsiylə əvəzlənməsinin qanunauyğunluğu və işçilərdən könüllü işdən azad olunma ilə bağlı ərizə tələb etmələrinin həqiqətə uyğun olub olmamasına aydınlıq gətiriləcəkdir. ilkin olaraq monitorinqlərin Bakı şəhərində formalaşan bələdiyyələrdə keçirilməsi planlaşdırılır.

Belediyye.info

ŞƏRHLƏR