Sabunçu rayon Bakıxanov bələdiyyəsinin sədri Ramiz Nəsibov Bakı bələdiyyələrinin iştirakıyla işgüzar forumun keçirilməsi təklifiylə çıxış edib. Forumun keçirilməsində məqsəd bələdiyyələrarası əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, təcrübə mübadiləsinin təşkili, habelə yerli orqanların qarşılaşdığı çətinliklərin aradan qaldırılması üçün təkliflərin müzakirə edilməsidir.
Forumda habelə müasir informasiya texnologiyalarından istifadə məsələsi, yerli vergilərin onlayn ödənişinin təminatı məsələsi də müzakirə ediləcək məsələlər sırasındadır.
Foruma Bakının 12 rayonunda formalaşan 52 bələdiyyənin təmsilçisinin iştirakı nəzərdə tutulur. Artıq forumun təşkili ilə bağlı ilkin razılaşmalara başlanılıb.
Sədr sayt vasitəsiylə həmkarlarına müraciət edərək bələdiyyənin “Qaynar xətt” telefonunu verməyi də unutmadı.
Bələdiyyə təmsilçiləri bu nömrə ilə əlaqə ( 012 4254143) saxlamaqla işgüzar forumla əlaqəli rəy və təkliflərini Bakıxanov bələdiyyəsinə bildirə bilərlər.
Sədrin fikrincə yaxın günlərdə belə bir işgüzar forumun baş tutması gələcəkdə yarana biləcək problemlərin, habelə bələdiyyələr tərəfindən irəli sürülən innovativ təkliflərin sürətlə reallaşacağına imkan verəcəkdir.
Belediyye.info