Bərdə bələdiyyəsinin yaydığı məlumata görə, “Ramazan bayramı” günlərində şəhərdaxili küçələrdə işıqlandırma sistemi ilə bağlı təmir və bərpa işlərini davam etdirib.
Akademik Z.əliyeva adına texnki fənlər təmayüllü məktəb-litseyin ətrafında olan küçə sakinləri gecə işıqlanması ilə bağlı şəhər bələdiyyəsinə müraciət ediblər.
şəhər bələdiyyəsinə olunan müraciətlər əsasında bələdiyyə işçiləri həmin küçələrə baxış keçirərkən, sözügedən litsey şagirdlərinin və küçə sakinlərinin həmin ərazilərdə gecə vaxtı gediş-gəlişi zamanı çətinlik çəkdiklərinin şahidi olublar.
Bu müraciətləri nəzərə alaraq, bələdiyyə əməkdaşlarının fəaliyyəti sayəsində litsey ətrafı küçələrin bir hissəsi işıqlanma ilə təchiz olunub.
Bələdiyyədən daxil olan məlumata görə, bələdiyyə bundan sonra da hər bir müraciəti cavabsız qoymayacaq və imkanı daxilində həlli mümkün olanları vaxtındaca həll edəcəkdir.
Belediyye.info
|
|
|
|
|
|