"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə islahatları: vətəndaş-məmur münasibətləri yeni müstəvidə

--2015-07-04 / 14:05

Binəqədi Qəsəbə Bələdiyyəsi Azərbaycan Respublikasının Konsititutsiyasına, yerli özünüidarəetməyə dair qanunlara, prezident cənab ilham əliyevin Fərman və Sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarlarına, digər hüquqi-normativ aktlara uyğun olaraq fəaliyyət göstərir.

Binəqədi qəsəbə Bələdiyyəsi 2015-ci ilin I yarısında öz fəaliyyətini bələdiyyənin yerli sosial müdafiə, yerli sosial və iqtisadi inkişaf, yerli ekoloji proqramlar, Binəqədi rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişaf proqramı və bələdiyyələrlə iş mərkəzinin tövsiyyələri çərçivəsində həyata keçirib. 

Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin 17 yanvar 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Binəqədi qəsəbəsində həyata keçirilən quruculuq və abadlıq işləri sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət etməkdədir.

         Azərbaycan Respublikasının sosial-iqtisadi proqramlar əsasında müəyyənləşdirilən dinamik inkişafı, uğurları  hüquqi əsaslara, demokratik idarəçilik mexanizmlərinə, bazar iqtisadiyyatı prinsiplərinə əsaslanmaqla əldə olunmuşdur. Respublikamızda iqtisadi inkişafın davamlı olması Heydər əliyev siyasi xəttinin davamçısı cənab Prezident ilham əliyevin siyasi iradəsi, mətinliyi, malik olduğu fitri istedadı ilə birbaşa bağlıdır.

 Binəqədi qəsəbəsi haqqında: bu qədim yaşayış məskəninə 1970-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Qərarı ilə qəsəbə statusu verilib. Qəsəbənin ümumi ərazisi 18 kv.km-dir. Hesabat dövründə qəsəbə ərazisində daimi qeydiyyat əsasında yaşayan məcburi köçkünlərin sayı 6619 nəfər, vətəndaşların sayı 40100 nəfər, qeydiyyatsız yaşayanlarla birlikdə isə 70000 nəfər və təsərrüfat subyektlərinin sayı isə 9777 təşkil edir.

Binəqədi Qəsəbə Bələdiyyəsi qəsəbə ərazisində yaşayan sakinlərin problemlərinin həllini bütün zamanlarda, özünün mühüm vəzifələrindən biri hesab etmişdir. Bu problemlərin həllində sakinlərin yaxından iştirakının təmin olunması məqsədilə Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən qəsəbə ərazisində sakinlərlə mütəmadi görüşlər keçirilməklə, onları narahat edən məsələlər yerində müəyyənləşdirilib.  Ötən dövr ərzində mövcud problemlərin aradan qaldırılmasına əlaqədar qurumlarla birlikdə əməkdaşlığa nail olunub.

Qeyd edilməlidir ki, yerli məsələlərin həlli üçün Məhəllə Komitələrinin rolunun vacibliyi nəzərə alınmaqla, 41 ünvanda yeni Məhəllə Komitəsi formalaşdırılıb. Keçirilən görüşlərdə Məhəllə Komitələri tərəfindən qaldırılan məsələlərin həllinə xüsusi diqqət yetirilir.

Qeyd olunmalıdır ki, Binəqədi rayonunda fəaliyyət göstərən bələdiyyələrdə yerli vergi və ödənişlərin elektron uçotunun tətbiqi üzrə pilot layihə həyata keçirilməkdədir. Layihəyə uyğun olaraq Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən yerli vergi və ödənişlərin elektron uçotunun tətbiqi sahəsində çox böyük irəliləyişlər əldə olunub.  

Qəsəbə sakinləri ilə sıx təmasda olmaq, problemləri yerində araşdırmaq məqsədi ilə xüsusi qrafik müəyyən olunmuş və buna əsasən qəsəbənin müxtəlif ünvanlarında sakinlərlə görüşlər keçirilmiş, qaldırılan məsələlərlə bağlı Tədbirlər Planı hazırlanıb. Tərtib olunan  tədbirlər planına əsasən mövcud problem  əlaqədar qurumların iştirakı ilə öz həllini tapır.

Hesabat dövründə Bələdiyyənin 13 iclasında 39 məsələ müzakirə olunaraq müvafiq qərarlar qəbul olunub. Bələdiyyənin və onun komissiyalarının iclaslarında qəbul olunan qərarlar əsasən yerli özünüidarəetmənin inkişafı, məhəllə komitələrinin fəaliyyətinin inkişafı, sosial müdafiə, bayram və tədbirlərin keçirilməsi, abadlaşma və yaşıllaşma işlərinin aparılması və s. məsələlərə bağlı olub. 

2015-ci ilin I yarısında Binəqədi Qəsəbə Bələdiyyəsinə 373 sənəd, vətəndaşlardan isə 72 ərizə daxil olub. Qəbul olunan vətəndaşların sayı isə 654 nəfər təşkil edib. Vətəndaşların müraciətlərinin 98-i maddi yardım göstərilməsi, 325-i torpaq sahələrinin sənədləşdirilməsi, 184-ü kommunal xidmət sahələri ilə bağlı, 104-ü isə digər məsələlərlə əlaqədar olub. Bələdiyyədə hər bir ərizəyə diqqətlə yanaşılaraq və vətəndaşın tələbləri qanun çərçivəsində öz həllini tapıb. Bəzi hallarda isə Binəqədi Rayon icra Hakimiyyəti və əlaqədar qurumlarla əlaqəli şəkildə məsələnin həllinə nail olunub.

2015-ci ilin I yarısında məhkəmə orqanlarında hüquqi və fiziki şəxslərin ərizələrinin baxılması sahəsində Bələdiyyənin əməkdaşları 66 mülki və 117 inzibati iş üzrə məhkəmə iclasında iştirak edib. Bu dövr ərzində Bələdiyyənin 13 iddiası üzrə vergi borclarının ödənilməsi, torpaq sahələri üzərində hüquqlara xitam verilməsi və zəbt olunmuş torpaq sahələrinin boşaldılması tələbi ilə məhkəmə prosessləri başlanmış, digər işlər isə baxılmaqdadır.

         Binəqədi Rayon icra hakimiyyəti tərəfindən rayon ərazisində aparılan abadlıq işlərinə töhvə verməyə çalışan bələdiyyələr səlahiyyətləri və imkanları daxilində məişət tullantılarının toplanılması və daşınması işində mühüm funksiya yerinə yetirirlər. Belə ki, cari dövr ərzində qəsəbə ərazisindən 4017 maşın məişət tullantıları daşınıb. Hazırda gün ərzində qəsəbədən orta hesabla 17-20 maşın məişət tullantıları daşınır.

Qəsəbə sakinlərindən xəstələrə, qocalara, maddi imkansızlara, əlillərə, şəhid ailələrinə Milli bayramlar, “Ramazan” Bayramı, dini marasimlərlə əlaqədar bələdiyyə büdcəsi hesabına sosial-maddi yardımlar göstərilmişdir. Belə ki, 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə Binəqədi qəsəbə Bələdiyyəsinin yaxından təşkilatçılığı ilə qəsəbə ərazisində yaşayan bir qrup xanımlara bayram hədiyyələri verilir.

1 iyun “Uşaqların beynəlxalq müdafiəsi günü” münasibətilə Binəqədi qəsəbə Bələdiyyəsinin təşkilatçılığı ilə qəsəbədə yaşayan şəhid, əlil və aztəminatlı ailələrin uşaqlarının istirahəti təmin olunub. 

Ramazan bayramı münasibətilə Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən qəsəbə ərazisində yerləşən Xeyir-şər evində iftar süfrəsi açılmış və qəsəbənin 300-dən çox sakininin iştirakı təmin edilib.

Son illər ərzində Binəqədi qəsəbəsi ərazisində yeni yaşayış massivlərinin salınması, sürətlə məskunlaşma, qəsəbə ərazisində daimi yaşayan insanların sayının sürətlə çoxalmasına gətirib çıxarıb. Yeni yaşayış massivlərinin salınması yeni kommunikasiya xətlərinin çəkilməsi, yol təsərrüfatının yaradılmasını zəruri etməklə bərabər bir sıra problemlər yaradıb. Həllini gözləyən bir çox problemlər Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin 4 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda öz əksini tapmışdır. Ki, hazırda da bu istiqamətdə islahatlar davam etməkdədir.

Bütün bunlara baxmayaraq, qəsəbədə həyata keçirilən işlər, əldə olunan uğurlar bizləri öz işinə daha da məsuliyyətlə yanaşmaq vərdişini yaratmalıdır. Ötən dövr ərzində buraxılmış nöqsanlar aradan qaldırılmalı, sakin etimadını doğrultmaq, inamını geri qazanmaq, rifahını əldə etmək istiqamətində vətəndaş-məmur münasibətləri inkişaf etdirilməlidir.

əminəm ki, BiZ BUNA NAiL OLACAÄžIQ!

Aytac əliyeva, 

Binəqədi qəsəbə Bələdiyyəsinin sədri

ŞƏRHLƏR