M.ə.Rəsulzadə qəsəbəsi Ağa Nemətulla 13 yaşayış binasının ətrafından kanalizasiya xəttinin yenidən çəkilişi istiqamətində işlər davam etdirilir.
Bu barədə məlumatı M.ə.Rəsulzadə bələdiyyəsi yayıb. Məlumatda qeyd edilir ki, M.ə.Rəsulzadə bələdiyyəsi və Binəqədi Rayon Su Kanal Departamenti sözügedən ünvanda sakinlərin müraciətinə əsasən kanalizasiya xəttinin yenilənməsini həyata keçirir.
Artıq kanalizasiya xəttinin çəkilişi üçün hazırlıq işləri başa çatmaq üzrədir. iri texnikalarla ərazidə qazıntı işləri həyata keçirilir.
Hazırda 2 metrdən çox dərinlikdə mailli şəkildə aparılan qazıntı işlərini demək olar ki, yekunlaşmaq üzrədir. Müxtəlif yerlərə yığılıb qalmış qrunt və kanalizasiya suları xüsusi nasoslarla çəkilir.
Bələdiyyədən verilən məlumata görə, işlər yaxın həftə ərzində başa çatdırılacaq.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|