sorğu
Mingəçevirdə fəaliyyət göstərən Kikboksinq klublarının idmançıları arasında Bələdiyyə birinciliyi keçirildi. Bu barədə məlumatı Belediyye.info saytına bələdiyyədən verilib. Yarışlarda müxtəlif çəki dərəcələrində 200-ə yaxın uşaq və yeniyetmə güclərini sınadılar. Maraqlı və gərgin keçən döyüşlərdə I, II, III yerləri tutan idmançılar Mingəçevir Bələdiyyəsinin və «Kolirey» kikboksinq klubunun diplom və medalları ilə mükafatlandırıldılar.
Mükafatları Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayev, bələdiyyənin «Yerli sosial məsələləri» daimi komissiyasının sədri Zahid Qasımlı və «Kolirey» kikboksinq klubunun rəhbəri Kamran Nəsirov təqdim etdilər.
Belediyye.info
|
|
|
|
|
|
|