sorğu
Bərdə bələdiyyəsi iclasının qərarıyla inzibati ərazi daxilinə bələdiyyə torpaqlarının zəbt olunması, qanunsuz-tikinti işlərinin aparılması və təyinatı üzrə istifadə olunmaması halları ilə bağlı monitorinq aparır. Bu barədə məlumatı Bərdə bələdiyyəsi yayıb. Bu məsələylə bağlı yaradılmış komissiya konkret olaraq bir sıra küçələrə baxış keçirib.
M.ə. Rəsulzadə, M. Füzuli və B. Hacıyev küçələrində belə hallara rast gəlinib.
Məsələ ilə bağlı sorğu aparılır və gələcəkdə bu əraziləri Bərdə bələdiyyəsinin torpaq fonduna qaytarılaraq torpaq növbəsinə dayanmış vətəndaşlara verilməsi nəzərdə tutulub.
Belediyye.info
|
|
|
|
|
|