Gəncə şəhər Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov Azərbaycanda ilk olaraq yaradılmış gənclərdən ibarət “bələdiyyə könüllüləri” ilə birlikdə istirahət günlərində belə şəhər ərazisində maarifləndirmə işləri ilə məşğul olaraq maska, əlcək və maarifləndirici bukletlər paylayıblar. Bu barədə məlumatı Gəncə şəhəri Nizami bələdiyyəsi yayıb.
Bununla yanaşı bələdiyyə könüllülərinin iştirkaıyla keçirilən maarifləndirmə işlərində əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində qoruyucu maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılmışdır.
Sakinlərlə söhbətlərdə Nizami rayonu ərazisində koronavirus infeksiyası əleyhinə görülən tədbirlərin daha səmərəlii nəticə verməsi məqsədilə vətəndaşların məsuliyyətli olmasının mühüm əhəmiyyət kəsb etdiyi və bütün dünyanı cənginə alan COVID-19 infeksiyasına qalib gəlməyin yeganə yolunun məsuliyyətli davranmaq və karantin qaydalarına ciddi şəkildə riayət edilməsi bir daha onların diqqətinə çatdırılıb.
Belediyye.info
|
|
|
|