Sevindirici haldır ki, Milli Assosiasiyalarımız ölkədə gedən ən ciddi ictimai-siyasi proseslərdə fəal iştirak etməkdə daim təşəbbüskarlıq göstərirlər. Hörmətli sədrin məruzəsində də qeyd olunduğu kimi Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” 26 sentyabr 2016-cı il tarixində keçirilmiş Referendumda fəal iştirak etmək məqsədi ilə təşəbbüs irəli sürmüş və respublikanın bütün regionlarını əhatə edən bələdiyyələr və onların ərazisində yaşayan ziyalılar . ictimaiyyətin nümayəndələri də bu təşəbbüsə qoşulmuşlar.
Fəxrlə deyə bilərəm ki, referendum üzrə “Bələdiyyə” təşviqat qrupunun fəalları ölkədə idarəetmə sisteminin təkmilləşdirilməsi, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və dövlətimizin qüdrətlənməsi naminə Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təşviqat-təbliğat kompaniyası çərcivəsində seçicilərlə görüşlər keçirmiş və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışmışlar.
Nəzərinizə çatdırıram ki, ərazisində 39851 nəfər seçicisi yaşayan və 17 nəfər üzvü olan şirvan bələdiyyəsində şəhərimizin yaşayış massivləri üzrə seçilmiş 18 məhəllə komitələri də fəaliyyət göstərir və onların tərkibinə əhali öz aralarında yaşayan nüfuzlu, savadlı və bələdiyyəyə əsl mənada köməklik göstərən işgüzar vətəndaşları seçilmişdir. Qeyd edim k, əvvəlki illərdə olduğu kimi işimizi ilk növbədə əhalinin sosial ehtiyaclarından irəli gələn sosial layihələrin yerinə yetirilməsi üzərində qurmuşuq. Belə demək mümkündürsə qapımız hər bir sakinin üzünə daim acıqdır. əhali ilə bu istiqamətdə iş apararkən Milli Assosiasiyaların tövsiyyələri əsasında keçirdiyimiz “Azərbaycanda Yerli Demokratiya Həftəsi” tədbirlərin imkanlarından səmərəli istifadə etməyə çalışırıq. Keçən 6 belə görüşdə 1728 nəfərlə görüşmüşük, 216 nəfər isə bələdiyyə sədri və üzvləri tərəfindən qəbul olnmuşdur. Bir qrup şəhər sakinlərinin kollektiv müraciətləri əsasında “şəhidlər Xiyabanı” və 1941-1945 illər abidəsində abadlıq, şəhərin 16 saylı orta məktəbinə gedən yolda isə cari təmir işləri aparılmışdır. şəhərin M.ə.Rəsulzadə küçəsində 17, 17.1 və 17.2 saylı binalarının və Lnt. ibrahimov keçəsi 4 saylı binanın qarşısında da xeyir-şər yerinin tikintisi sakinlərimizin kollektiv müraciətləri əsasında aparılmışdır. Eyni zamanda otən ilin aprel döyüşləri zamanı şəhid olmuş ərəbli Rahil Rafiq oğlunun şəhidlər Xiyabanında məzarının qədrüstü abidəsi qurulmuş, şəhid ibadov Rahil israil oğlunun baralyefi yenisi ilə əvəz olunmuşdur. Bununla yanaşı Bələdiyyə tərəfindən 3 (üç) şəhid ailəsi və 5 nəfər sakinə yaşadıqları evin təmiri və tikintisinə müvafiq tikinti materialları ilə köməklik olunmuşdur. Vaxtınızı almamaq üçün qısa şəkildə bildirim ki, müxtəlif istiqamət üzrə 77.970 manatlıq yerli əhəmiyyətli layihələri gercəkləşdirə bilmişik.
Məruzə və çıxışlarda qeyd olunduğu kimi hesabat ilində Milli Assosiasiyaların mərkəzi və qanunvericilik orqanları ilə əməkdaşlığını davam etdirərək, yerli vergi və ödənişlərin təkmilləşdirilməsi sahəsində mühüm addımlar atmışdır.
Məlum olduğu kimi bələdiyyələr torpaq və əmlak vergilərinin hesablanmasında və yığılmasında müəyyən çətinliklərlə qarşılaşırdılar. əmlak vergisi əmlakın inventar dəyərindən hesablandığından bu çətinliklər xüsusilə əmlak vergisinin yığımında özünü daha aydın göstərirdi. Mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş üzrə müvafiq dəyişikliyin aparılması da ölkə bələdiyyələrinin bu sahədəki çətinliklərini xeyli yüngülləşdirmişdir.
Lakin Yerli vergi və ödənişlərin toplanmasında aşağıdakı obyektiv və subyektiv çətinliklər hələ də qalmaqdadır. Bəzən vətəndaşlar özlərinin faktiki qeydiyyatda olduğu ünvanlarda yaşamır. Nəticədə onları axtarıb tapmaqda çətinlik çəkirik. Bankda vergi yaxud ödəniş edən tədiyyəçidən məbləğ aşağı olsa belə bir manat xidmət haqqı da tutulur. əgər tədiyyəçi bələdiyyə vergisi üzrə 5 manat ödəyibsə bu məbləğin 1 manatı tutulduqdan sonra 4 manatı hesabımıza daxil olur ki, bu da il ərzində yerli büdcəmizə daxil olacaq kifayət qədər vəsaitin bank tərəfindən tutulması deməkdir. Digər bir məsələ. Sahibkarlıqla məşğul olan hüquqi şəxs sonradan fəaliyyətini fiziki şəxs kimi davam etdirirsə bu barədə bizə vergilər idarələrindən məlumat verilmir. Belə halda vergi ödəyicisi uzun müddət vergi ödənişindən kənarda qalır. Bu məsələ yəqin ki, bütün bələdiyyələr üzrə belədir.
Ona görə də qanunvericilik sahəsində bu barədə müvafiq dəyişikliklərin aparılması bələdiyyə vergilərinin toplanmasında boşluqları aradan qaldırmış olar. Qeyd olunan çatışmamazlıqların aradan qaldırılması Milli Assosiasiyaların BAMS üzrə məlumatların daha dolğun və dəqiq əldə olunmasına köməklik göstərər. əminliklə deyə bilərik ki,həmin sistemin tətbiqi Bələdiyyələrdə yerli vergi və ödənişlərə aid məlumatları mərkəzlədirilmiş bazaya daxil etməklə yanaşı, hesabatlar və təhlillər üçün geniş imkanlar yaratmışdır. BAMS-ın tətbiqi ilə bağlı məruzədə qeyd olunan iradlara görə hesab edirəm ki hər bir bələdiyyənin rəhbərliyi nəticə çıxarmaqla işdə dönüş etməlidir.
Çətinliklərə baxmayaraq şirvan bələdiyyəsi olaraq daim yerli vergi və ödənişlər sahəsində tərəfimizdən yeni vergi mənbələri axtarılır. Bu məqsədlə 2016–ci ildə ərazimizdə əvvəllər gölməçəyə çevrilmiş 2300 kv metr sahəyə torpaq və şeben daşıyaraq TiR maşınlarının dayanacağı üçün fiziki şəxsə aid MMC-yə icarəyə vermişik və buradan ayda 200 manat olmaqla dayanıqlı gəlir əldə edə bilirik və Bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsinin ekoloji vəziyyətinə də nəzarət edirik.
Bundan başqa keçən il Bələdiyyə ərazisində iki yerdə taksi və marşurut dayanacaqları yaradılmış, hər iki dayanacaq üzrə ayda toplanmış 550 manat maliyyə vəsaiti bələdiyyənin büdcəsinə daxil olur.
Son olaraq onu deyim ki. Ümumi Yığıncağın müzakirələrindən belə təəsurat yaranır ki, əvvəlki illərdən fərqli olaraq bələdiyyələrimiz yerli vergi və ödənişlərin toplanmasına daha ciddi yanaşırlar və artıq bu sahədə xeyli təcrübə qazana bilmişlər. Ona görə Bələdiyyələrin vergi orqanalrının səlahiyyətlərinin artırılması bu sahədə əsaslı irəliləyişə səbəb ola bilər.
Mən Milli Assosiasiyanın fəaliyyətini qənaətbəxş hesab edərək, Nəzarət-təftiş komissiyasının hesabatının təsdiq olunmasını təklif edirəm.
Kürdoğlu Muradov
şirvan bələdiyyəsinin sədri
.