"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə layihəni sakinlərin müraciəti əsasında həyata keçirib

--2021-10-15 / 17:22

Xəzər rayonu Bakı şəhərinin böyük rayonlarından biridir. Burada abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri uğurla həyata keçirilir. Mərdəkan rayonun mərkəzi qəsəbəsi olduğundan, burada da abadlıq, yenidənqurma və yaşıllaşdırma işləri aparılır. Görülən işlərlə yanaşı, bəzi problemlər hələ də qalmaqdadır.Bu problemlərdən biri də I Qarabağ müharibəsində şəhid olmuş övladlarımız Rəfail Cəfərov və şahin isgəndərovun adlarını daşıyan küçələrin kəsişməsində yaşanırdı.

Payız-qış aylarında yağan yağışlar nəticəsində toplanan sular oradan keçmək istəyən insanlar üçün, böyük bir çətinlik yaradırdı. Sakinlər bələdiyyəyə müraciət edərək, bu problemin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş edirdilər. Sakinlərin müraciətlərini nəzərə alaraq, hər iki küçənin kəsişməsində boş bir yerdə bələdiyyə tərəfindən anbarın qazılması məqsədəuyğun hesab edildi.

Çünki o küçələrdən uşaqların məktəbə getmələri mümkünsüz olurdu. Yağışlar vaxtı həmin yoldan yalnız çətinliklə avtomobillər keçə bilirdi, sanki küçə gölməçəni xatırladırdı. şəhidlərin adını daşıyan küçələrin sakinlərinin, gediş-gəlişlərininin asanlaşdırılması məqsədilə, yağış sularının toplanmasının qarşısının alınması üçün anbar tikildi. Bu vəziyyət sakinlər tərəfindən rəğbətlə qarşılandı və öz razılıqlarını bildirdilər.
Xəzər rayonu, Mərdəkan bələdiyyəsi

 

ŞƏRHLƏR