sorğu
Binəqədi rayon Biləcəri bələdiyyəsinin yaydığı məlumata görə, “Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsi” tərəfindən qəsəbə sakiləri arasında "Binalardakı mənzillərin əmlak vergisinin hesablanması qaydaları" barədə maarifləndirici söhbətlər davam etdirilir.
Bu günlərdə şöbənin əməkdaşları tərəfindən sakinlərlə növbəti görüşlər keçirilmiş və əmlak vergisinin hesablanması ilə bağlı qaydaları əks etdirən maarifləndirici elanlar yapışdırılmışdır.
Sakinlərlə görüşlər davam etdiriləcəyi bildirilir.
Belediyye.info