“Bu gün bələdiyyənin maliyyə imkanlarının artırılması üçün hansı addımlar atırsınız”- sualını cavablandırtan Bərdə bələdiyyəsinin sdəri Sadiq Xəlilov Belediyye.infoy açıqlamasında bildirib ki, vətəndəşlarla işin düzgün aparılması, tədiyyə bildirişlərinin hər bir sakinə vaxtında çatdırılması, gördüyümüz işlər barəsində hər gün Facebook səhifəmizdə və məhəllə komitələrinin vasitəsi ilə sakinlərə çatdırılması, səyyar qəbulların keçirilməsi, bələdiyyəyə müraciətə və qəbula gəlmiş vətəndaşlaın qəbul proqramına uyğun olaraq tək-tək olunması və yerində problemlərin həll olunması, şəhərdə aparılan abadlıq və quruculuq işlərində bələdiyyənin yaxından iştirakı fikirmcə bələdiyyənin maliyyəsinin artırılmasını şərtləndirən əsas amillərdəndir.
Altıay ərzində əldə etdiyiniz maliyyə vəsaitinin bizi qismən qane etdiyini deyən sədr əlavə olaraq hüquqi şəxslərdən əmlak və torpaq vergisinin yğılmasının bələdiyyələr tərəfindən həyata keçirilməsinin bələdiyyənin səlahiyyətinə verilməsini təklif edib. Onun sözlərinə bu addımın atılması nəticə etibariylə bələdiyyə büdcəsinin bir neçə dəfə artmasına səbəb olacaq, bu da öz növbəsində sakinlərin qaldırıdığı problemlərin vaxtında həll edilməsinə imkan verəcəkdir.
Belediyye.info