"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə Məcəlləsi hazırlanır

--2022-02-25 / 14:45

 

“Bələdiyyələrin ərazilərinin müəyyənləşdirilməsi və dəyişdirilməsi həmin bələdiyyələrdə sosial-iqtisadi vəziyyət, müvafiq ərazi əhalisinin rəyi nəzərə alınmaqla “Bələdiyyələrin statusu haqqında” qanunla müəyyən edilib”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, böyük şəhər bələdiyyəsi və s. məsələlər bu qanuna dəyişiklik zamanı nəzərə alına bilər: “Ümumilikdə, biz hazırda Bələdiyyə Məcəlləsinin yaradılması ilə məşğuluq. Bu məcəllə hazırlananda irəli sürülən təkliflər də nəzərə alına bilər”.

https://apa.az/az/sosial/belediyye-mecellesi-hazirlanir-688984

ŞƏRHLƏR