"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə məhəllədaxili yollarda təmir bərpa işləri həyata keçirib

--2016-02-22 / 21:47

Bərdə bələdiyyəsinin yaydığı məlumata görə,  bələdiyyənin təşkilatçılığı ilə şəhərin daha bir küçəsində təmir işləri həyata keçirilib. Məhəllədaxili yolların təmir-bərpa işləri çərçivəsində şəhərin A.əhmədov küçəsində sakinlərin hərəkətinə və  avtomobillərin gediş-gəlişinə maneçilik törədən böyük gölməçələr suçəkən maşın vasitəsilə qurudulub.  

Daha sonra əraziyə altı yük maşını çınqıl gətirilib. Küçəyə tökülən çınqıl “Qreder” vasitəsilə yayılaraq  hamarlanıb.

Bələdiyyədən daxil olan məlumatda bildirilir ki, məhəllədaxili yollarda təmir bərpa işləri davam etdiriləcəkdir.

Belediyye.info

ŞƏRHLƏR