“Bələdiyyəmizin əsas gəliri torpaq, əmlak və mədən vergisindəndir”. Bu fikirləri belediyye.info saytına açıqlamasında Qusar bələdiyyəsinin sədri əlfəddin ibrahimov deyib. Onun sözlərinə görə, reklamdan daxil olan vergilərin də bələdiyyələr tərəfindən yığılmasına qanunvericilik imkan verir: “Lakin indi rayon yerində reklam verən biznes strukturları da yoxdur. əlavə edim ki, heç bələdiyyəyə məxsus olan biznes strukturu yoxdur”.
ə.ibrahimov əhalidən torpaq və əmlak vergisinin toplanması ilə bağlı bildirib ki, qanuna edilən əlavə və dəyişikliklərdən sonra vergilərin əhalidən nəğd şəkildə toplanılmasına qadağa qoyulub: “indi əhali vergini poçt və bank vasitəsilə həyata keçirməlidir. Biz də bununla əlaqədar olaraq, əhaliyə bildirişlər təqdim edirik. Lakin vətəndaşlardan kim istəyir ödəyir, kimsə istəmirsə ödəmir. Məhz qanunvericiliyin bizə verdiyi imkanlara uyğun olaraq, artıq məhkəməyə müraciət edirik.
Onu da qeyd edim ki, indiyədək vergilərdən az pul toplanıb. Bununla yanaşı, bələdiyyənin əməkdaşları qapı-qapı gəzib vətəndaşlara yeni qaydaları izah etməklə yanaşı, həm də bildirişləri təqdim edir”.
Bələdiyyə sədri onu qeyd edib ki, icra hakimiyyəti özünüidarətmə orqanının fəaliyyətinə hər zaman köməklik göstərir.
BəXTiYAR