"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə memorial abidə kompleksində abadlıq işlərini həyata keçirib

--2015-08-13 / 00:02

Sabunçu rayonu Ramana bələdiyyəsinin sədri   intizar  Rzayevanın  Belediyye.info  saytına  verdiyi məlumata görə,  bələdiyyə hesabat dövründə 11 iclas keçirib. iclaslarda ümumilkdə 32 məsələ müzakirəyə çıxarılaraq hər birinə ayrıca qərar qəbul edilib.

Ramanı bələdiyyəsi qəsəbənin abadlığı naminə ciddi addımlar atır. Sədrin sözlərinə görə,  cari ilin altı ayı ərzində  qəsəbədə yerləşən şəhidlərimizin və II dünya müharibəsində həlak olanların memorial abidəsinin ucaldığı parkda dekorativ ağac və kol növləri əkilmiş, mövcud ağaclara biotexniki xidmət göstərilmişdir.  Ümumilikdə cari təmir işlərinə bələdiyyə büdcəsindən 600 manatdan artıq vəsait ayrılıb.

intizar Rzayevanın sözlərinə görə, 6 ay ərzində aztəminatlı və şəhid ailələri də diqqətdən kənarda qalmayıb. 10 nəfər aztəminatlı qəsəbə sakininin sosial yardımla bağlı ərizələrinə baxılaraq və müvafiq qərar qəbul edilib.

Qarşımızda duran əsas məsələlərdən biri vergi və ödənişləri tam toplamaqla nəzərdə tutduğumuz sosial yönümlü layihələri həyata keçirməkdir.

Belediyye.info

 

 

ŞƏRHLƏR