sorğu
Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsi Milli Qurtuluş günü münasibətiylə Azərbaycan xalqını təbrik edib:
“Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur.
Milli qurtuluş günümüz mübarək olsun, əziz sakinlərimiz!”
Belediyye.info