"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə müəsisəsi bələdiyyələri əməkdaşlığa dəvət edir

--2017-09-27 / 12:12

Sabunçu rayon Bakıxanov bələdiyyəsinin   təsisçisi olduğu “Sabunçu rayon Bakıxanov Bələdiyyəsi Dizayn, Layihə, Təmir, Tikinti və Xidmət” MMC Bakı və Bakıətrafı ərazilərdə formalaşan bələdiyyələri əməkdaşlığa dəvət edir.

Məlumatda o da bildirlir ki, müəssisə yerlərdə asfalt işlərini, yolların və məhəllədaxili yolların təmirini ən yüksək standartlara uyğun həyata keçirir. Bundan sonra ilk olaraq Bakıxanov bələdiyyəsinin bu istiqamətdə olan layihələri müəssisə tərəfindən həyata keçiriləcəkdir.

Bunun üçün müəssisənin maddi və texniki qüvvəsi artıq formalaşdırlıb.

Qeyd edək ki, bələdiyyə iclasının qərarıyla yaradılan yeni  xidmət  müəssisəsi bələdiyyə büdcəsinə  əlavə maliyyə   vəsaitinin cəlb edilməsi, əhaliyə xidmətin səviyyəsinin artırılması, habelə işsizliyin aradan qaldırılması məqsədiylə yaradılıb.

Belediyye.info

ŞƏRHLƏR