Bu gün Mili Məclisin plenar iclasında deputatlar Aydın Mirzəzadə və Kamran Bayramov bələdiyyə müəssiələrinin yaradılmasına dəstək verilməsi və bununla bağlı şəmkir təcrübəsinin yayılması təklifiylə çıxış ediblər.
Aydın Mirzəzadənin fikrincə, bələdiyyələr 17 ildir ki, fəaliyyət göstərir:
“Kənd yerlərində nüfuz sahibidrlər, bir sıra ciddi layihələr həyata keçirilib. Regionda bələdiyyələr tanınırlar. Bələdiyyə sədrləri yerlərdə nüfuz sahibinə çevriliblər. Amma bununla yanaşı etiraf etməliyik ki, bələdiyələrin ciddi maddi-texniki bazasının yaradılmasına nail ola bilməmişik. Ancaq bələdiyyələrin çoxsayda reallaşdıra bilmədikləri layihələri var.
Təklif edərdim ki, bələdiyyələrin yanında təsərrüfat subyektlərinin yaradılması üçün fazisiz kreditlərin verilməsi məqsədə uyğun sayılsın. O cümlədən bu kreditlərin təyınatı üzrə xərclənməsinə dövlət tərəfindən nəzarət edilsin. Sözsüz ki, belə müəssisələrin yaradılması gələcəkdə bələdiyyələrin maliyyəsinin artmasına təkan verəcəkdir.”
Kamran Bayramov isə çıxışında qeyd edib ki, bələdiyyə müəssisələrinin yaradılması gündəmdədir:
“əlavə edim ki, hazırda təmsil olunduğum şəmkir rayonunda bələdiyyələrin 42 müəssisəsi fəaliyyət göstərir. Bu müəssiələrin fəaliyyətiylə Milli Məclsin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadənin iştirakıyla baxış keçirilib.
Bu müsbət təcrübənin yayılmasına bu gün ehtiyac vardlır. inanmaq istərdim ki, yaxın günlərdə respulikamızın digər regionlarında da belə müəssisələr yaradılacaqdır.
Belediyye.info