"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə müəssisələrinin yaradılması, fəaliyyətinin təşkili, təcrübəsi və prespektivləri: BəLəDiYYə SəDRi YAZIR

--2016-11-14 / 19:11

Yerli özünüidarəetmə sisteminin təkmilləşdirilməsi və inkişafı sahəsində mühüm rola malik bu konfransın keçirilməsi bələdiyyələrin fəaliyyətinə müsbət təsir göstərəcəkdir.

Demokratik, hüquqi dövlət quruculuğu yolu seçmiş Müstəqil Azərbaycan Respublikasında qanunvericiliyin dünyanın ən qabaqcıl öləkələrinin təcrübəsinə uyğunlaşdırılması yerli özünüidarəetmə orqanı olan bələdiyyə institutlarının formalaşmasına da müsbət təsir göstərir. indiyədək ölkəmizdə yerli özünüidarəetməyə dair 30-a yaxın qanunun, 200-dən çox fərman, sərəncam, qərar və əsasnamənin qəbul edilməsi bunun əyani sübutudur.Bildiyiniz kimi əsası ümummilli lider Heydər əliyev tərəfindən müəyyənləşdirilmiş siyasətə uyğun olaraq  Azərbaycan Respublikasının Prezidenti  cənab ilham əliyevin rəhbərliyi ilə ölkəmizdə geniş abadlıq-quruculuq işləri aparılır, yeni-yeni istehsal sahələri yaradılır.

əlbəttə bütün işlər bələdiyyələrin ərazisində aparlır. Bu quruculuq prosesləri bələdiyyə institutlarının inkişafına da müsbət təsir göstərir. Yerli icra strukturları, digər qurumlar və sahibkarlarla qarşılıqlı əlaqələr quran bələdiyyələrin iqtisadi və maliyyə vəziyyəti yaxşılaşır, sosial layihələrin həyata keçirilməsi asanlaşır.

2014-cü ilin dördüncü rübündən başlayaraq şəmkir rayonunun bələdiyyələrinin  həyatında yeni mərhələ başlandı.

Respublikamızda ilk dəfə olaraq şəmkir rayonunda bələdiyyələrin nəzdində 45 Məhdud Məsuliyyətli Cəmiyyət yaradıldı. Hər bir bələdiyyənin ərazisində iqtisadi dəyərləndirməyə uyğun olaraq istehsal və istehsala xidmət sahələrinin yaradılmasına başlanıldı.

Bununla da rayon əhalisi öz həyatlarnda yerli özünüidarəetmə orqanı kimi bələdiyyələrin rolunu gördü.

Konfransın əvvəlində nümayiş olunan rolikdə bələdiyyələrin nəzdində yaradılmış müəssisələrin fəaliyyəti ilə yaxından tanış oldunuz. Bələdiyyələrin nəzdində yaradılmış müəssisələr 2017-ci ildə daha səmərəli fəaliyyət göstərəcək. Bu müəssisələr şəmkir rayonu ilə yanaşı Respublimkamızın iqtisadiyyatının inkişafına mühüm töhvə vermiş olacaq.

şəmkir rayonunda bələdiyyələrin əldə etdiyi təcrübə yəqin ki, Sizin xeyir-duanızla Respuhlikamızın digər rayonlarının bələdiyyələri tərəfindən öyrəniləcək və yayılacaq.

Son illər dünyada baş verən iqtisadi böhran Azərbaycandan da yan keçməmişdir. Belə bir şəraitdə şəmkir rayonunun bələdiyyələri ürəkaçan uğurlar əldə edə bilmirdi.

Ona görə də biz qabaqçıl dünya ölkələrində olan bələdiyyələrin təcrübəsini öyrənməklə şəmkir rayonunda bələdiyyələrin fəaliyyətini təkmilləşdirmək, maliyyə imkanlarını yaxşılaşdırmaq üçün yollar axtarırıq. Heç kəsə sir deyildir ki, köhnə qaydalara əsaslanmaqla heç bir nailiyyət qazanmaq olmaz.

Biz küçələrin təmizliyindən tutmuş, istehsal, emal, xidmət, ekoturizm kimi yeni sahələr yaratmaq istəyirik.

Məqsədimiz gələcəkdə bələdiyyələrin nəzdində məktəbəqədər uşaq tərbiyyə, mədəni-maarif müəssisələri yaratmaqdır. Biz istəyirik ki, insanlar bələdiyyələri özlərinin həyatlarının ayrılmaz bir hissəsi hesab etsinlər.

Bildiyiniz kimi, bələdiyyələrin əsas maliyyə mənbəyi torpaq və əmlak vergiləridir. Bələdiyyə vergilərinin toplanmasında yaranmış çətinlik ciddi narahatlıq yaradırdı. şəmkir Rayonu icra Hakimiyyətində yaradılmış qərargahda mövcud vəziyyət ətraflı təhlil edilmiş və vergilərin toplanmasının vahid proqram təminatı üzrə aparılması qərara alınmışdır.

Artıq rayon bələdiyyələrinin vergi ödəyicilərinin 50%-nin adı yeni yaradılmış proqram təminatına yerləşdirilmişdir. Yəqin ki, bütün vergi ödəyicilərdən verginin tam həcmdə toplanması bələdiyyələrin maliyyə inkanlarını yaxşılaşdırmaqla yanaşı bələdiyyə-vətəndaş münasibətlərinin möhkəmlənməsinə də səbəb olacaqıdır.

Bələdiyyələrin uğurlu fəaliyyətinə görə hər şeydən öncə ölkə başçısı, möhtərəm cənab prezident ilham əliyevə minnətdarlıq edirik ki, Respublikamızda yaratdığı ictimai- siyasi durum imkan verir ki, insanlar azad, sərbəst yaşasınlar və işləsinlər.

 

Sizi əmin etmək istəyirəm ki, ölkə qanunlarına uyğun olaraq  şəmkir rayonunda bələdiyyələr öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.

 Vüqar Həsənov

şəmkir bələdiyyəsinin  sədri                                                                    

ŞƏRHLƏR