"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə müəssisəsi ilk dəfə dövlət tenderində qələbə qazanıb

--2018-10-08 / 18:19

Bakıxanov qəsəbəsi bələdiyyəsinin təmir-tikinti müəssisəsi paytaxtın Sabunçu Rayon Kommunal Təsərrüfatı idarəsinin tenderində qalib gəlib. FED.az xəbər verir ki, bu, 1999-cu ildən bəri yerli özünüidarə orqanları fəaliyyətə başlayandan bələdiyyə müəssisəsinin dövlət strukturu ilə ilk publik müqaviləsidir.

Dövlət satınalmalarının reyestrinə əsasən, "Dizayn, Layihə, Təmir, Tikinti və Xidmət" MMC Bakının Sabunçu rayonunun KTi-dən nasoso təmiri üçün 109,9 min manat alacaq.

Müqavilə 12 sentyabr tarixində imzalanıb. Təmir ediləcək nasosların sayı, işlərin icra müddəti haqqında məlumat verilmir.

http://fed.az/az/news/read/47841

ŞƏRHLƏR