"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə müəssisəsi işçi axtarır

--2018-01-25 / 16:52

“Sabunçu rayon Bakıxanov Bələdiyyəsi Dizayn, Layihə, Təmir Tikinti və Xidmət MMC-si  “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq bələdiyyə qulluğuna işə qəbul üçün aşağıdakı vəzifəyə (25.01.2018-ci il tarixdən 25.02.2018 dək)   müsabiqə elan edir.

Turizm agenti  1 yer

Sığorta agenti 1 yer

Namizədin müsabiqəyə buraxılması qaydası:

irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun  peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, habelə bələdiyyə qulluğuna qəbul edilmək üçün qanunvericiliklə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının əmək Məcəlləsinə uyğun müsabiqəyə buraxılır.

Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:

Müsabiqədə iştirak etmək istəyən şəxs müsabiqə elan edilən gündən etibarən 30(otuz) gün müddətində bələdiyyə müəssisəsinə aşağıdakı sənədləri təqdim etməlidir:

-   vahid forma üzrə ərizə (1 nömrəli əlavə);

-   kadrlar uçotunun şəxsi vərəqəsi;

-  tərcümeyi hal;

-  Ali təhsil haqqında sənədin surəti;

- şəxsiyyət vəsiqəsinin surəti;

- əmək kitabçasının təsdiq edilmiş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);

-sağlamlıq barədə arayış;

hərbi biletin təsdiq edilmiş surəti, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ vardırsa və ya azad edilmişdirsə, müvafiq arayış;

3x4 sm ölçüdə iki ədəd rəngli fotoşəkil.

Müsabiqədə iştirak etmək arzusunda olanlar  sənədləri Bakıxanov qəsəbəsi, Xasməmmədov 7 ünvanında yerləşən Müsabiqə komissiyasına müraciət edə bilərlər.

Sənədlər komissiya üzvü   Konül Nəsirova tərəfindən qəbul edilir.

əlaqə telefonu   Tel: 012 425  41 43

Sabunçu rayon Bakıxanov Bələdiyyəsi Dizayn, Layihə, Təmir Tikinti və Xidmət MMC

ŞƏRHLƏR