Sabunçu bələdiyyəsi yaydığı məlumata görə, sakinlərin müraciəti və bələdiyyə iclasının qərarıyla qəsəbədaxili yolların təmirinə start verilib.
Məlumatda qeyd edilir ki, Sabunçu bələdiyyəsinin sifarişi ilə Sabunçu qəsəbəsi Demyan Bedniy kuçəsində Sabunçu rayon Bakıxanov Bələdiyyəsi Dizayn, Layihə, Təmir Tikinti və Xidmət MMC-si tərəfindən asfalt örtüyünün vurulmasına başlanılmışdır.
Bələdiyyə müəssisəsində məlumatı təsdiqləyərək bildiriblər ki, Sabunçu bələdiyyələri qəsəbə daxili yolların asfalt vurulması ilə bağlı sifarişləri Bakirxanoiv bələdiyyəsinin təsis etdiyi müəssisəyə verirlər.
Müəssisə bir daha sayt vasitəsiylə bələdiyyələrə müraciət edərək tipli sifarişlərin məhz bələdiyyə müsəssisəni verilməsini arzu edirlər.
Belediyye.info
|
|
|
|
|
|