“Sabunçu rayon Bakıxanov Bələdiyyəsi Dizayn, Layihə, Təmir Tikinti və Xidmət MMC-si sakinlərə yeni xidmət təklif edir”-bu barədə məlumat adıçəkilən müəssisədən daxil olub
Məlumatda bildirilir ki, 2018-ci ildən başlayaraq sığorta şirkətləriylə bağlanmış müqavilə əsasında sakinlərə sığorta xidmətlərinin göstərilməsinə başlanılıb.
Avtomobil və əmlak sığörtasını həyata keçirən şirkətlərlə bu istiqamətdə müvafiq rəsmi müqavilərlər də imzalanıb.
Müraciət edən hər kəsə anındaca mənzilində sığorta müfəttişi yaxınlaşraq şəffaf şəkildə müqavilə bağlayacaqlar.
Bələdiyyə müsəsisəsində bu layihə ilə bağlı iki nəfər də işlə təmin edilib.
Xatırladaq ki, Bakıxanov bələdiyyəsinin maddi-texniki bazasını möhkəmləndirmək məqsədi ilə Bakıxanov bələdiyyəsinin 10.08.2017-ci il tarixli iclasının qərarına əsasən “Sabunçu rayonu, Bakıxanov Bələdiyyəsi Dizayn, Layihə, Təmir, Tikinti və Xidmət” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) təsis edilib.
iki ay ərzində müəssisənin fəaliyyəti nəticəsində bələdiyyə büdcəsinə 3.300 manata yaxın mənfəət vergisi daxil ol ub.
Belediyye.info