"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə müəssisəsi sakinlərə turizm xidməti göstərmək niyyətindədir

--2018-01-27 / 07:41

“Sabunçu rayon Bakıxanov Bələdiyyəsi Dizayn, Layihə, Təmir Tikinti və Xidmət MMC-si sakinlərə daha bir  xidməti göstərmək niyyətindədir. Sakinlərimizə turizm və sanatoriya-kurort xitmətləri təklif edəcəyk. Bununla bağlı müvafiq turizm .şirkətləriylə danışıqlar aparılır. Yaxın  günlərdə müqavilə layihəsi müzakirə edilərək imzalanacaq”-bu  barədə məlumat adıçəkilən müəssisədən daxil olub. Bələdiyyə müəssisəsində bu xidmətin görülməsiylə bağlı  hazırlıq işlərinə başlanılıb.

Xatırladaq ki, Bakıxanov bələdiyyəsinin maddi-texniki bazasını möhkəmləndirmək məqsədi ilə Bakıxanov bələdiyyəsinin 10.08.2017-ci il tarixli iclasının qərarına əsasən “Sabunçu rayonu, Bakıxanov Bələdiyyəsi Dizayn, Layihə, Təmir, Tikinti və Xidmət” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) təsis edilib.

iki ay ərzində müəssisənin fəaliyyəti nəticəsində bələdiyyə büdcəsinə 3.300 manata yaxın mənfəət vergisi daxil olub.

Belediyye.info

ŞƏRHLƏR