"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə müəssisəsiylə bağlı müraciət edilib

--2017-11-15 / 16:34

Sabunçu rayon Bakıxanov bələdiyyəsi Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynova və paytaxt bələdiyyələrinə müraciət ünvanlayıb. Müraciət  bələdiyyənin təsis etdiyi müəssisənin fəaliyyətiylə ilə bağlı olub.

Müraciətdə deyilir:

Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq təsərrüfat fəaliyyəti və qanunla qadağan olunmayan digər fəaliyyət növləri ilə məşğul olmaq hüququndan istifadə etməklə Bakıxanov bələdiyyənin maddi-texniki bazasını möhkəmləndirmək məqsədi ilə Bakıxanov bələdiyyəsinin 10.08.2017-ci il tarixli iclasının qərarına əsasən “Sabunçu rayonu, Bakıxanov Bələdiyyəsi Dizayn, Layihə, Təmir, Tikinti və Xidmət” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) təsis edilib. Təsis edilən  MMC  Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti Hüquqi şəxslərin Dövlət Qeydiyyatı idarəsinin 17.08.2017-ci il tarixli qərarı ilə Dövlət qeydiyyatına alınıb. Təsisçisi olduğumuz MMC-nin daha əhatəli və səmərəli fəaliyyət göstərməsinə dəstək məqsədi ilə Bakı şəhərində mövcud olan şəhər və  qəsəbə bələdiyyələrinə həmin bələdiyyələrin ərazisində görülməsi nəzərdə tutulan asfalt-beton salınması işlərinin “Sabunçu rayonu, Bakıxanov Bələdiyyəsi Dizayn, Layihə, Təmir, Tikinti və Xidmət” Məhdud Məsuliyyətli Cəmiyyətinə sifarış edilməsini tövsiyyə etmənizi xahiş edirik”

Xatırladaq ki, bələdiyyənin təsis etdiyi  MMC  fiziki və hüquqi şəxslərdən qəbul etdiyi sifarişləri sürət və keyfiyyətlə həyata  keçirir. Bildirilir ki, Pirşağı və Maştağa bələdiyyəsinin sifarişi ilə bələdiyyə ərazilərində  asfaltsız və yararsız vəziyyətdə olan qəsəbədaxili yollara asfalt örtüyü vurulub.

Bununla yanaşı bələdiyyədən daxil olan məlumatda bildirilir ki, MMC  iqtisadiyyat Nazirlyi tərəfindən tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq edilən bina və qurğuların layihələndirilməsi üzrə lisenziya verilib.

Lisenziya görə, müəssisə tikinti obyektlətinin memarlıq layihələndirlməsini və bina və qurğuların  memarlaq  layihələndirilməsini həyata keçirəcəkdir.

Belediyye.info

 

ŞƏRHLƏR