"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə mülkiyyətində olan ağacları kim kəsib?

--2017-07-21 / 20:32

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətti”nə Qax rayonunun əlibəyli kənd bələdiyyə mülkiyyətinə aid olan ibaxlı kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. şikayət nazirliyin 9 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən  bildirilib ki, əraziyə baxış keçirilən zaman yaşköküstə 108 qovaq ağacının kəsildiyi məlum olub.

Araşdırma zamanı ağacların Qax rayonunun ibaxlı kənd sakini Bəlyar əhmədov tərəfindən kəsildiyi və təbiətə 42 min 790 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub. Toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün Qax Rayon Prokurorluğuna göndərilib.

http://azertag.az/xeber/1080145

ŞƏRHLƏR