Soruşun cavab verək
1.Bələdiyyə mülkiyyətində olan torpaqlar bilavasitə satıldıqda, habelə hərrac və ya müsabiqəyə çıxarılan torpaqların satış qiyməti kim tərəfindən və necə müəyyən edilir?
Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 96-cı maddəsinin 3-cü bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. Fərdi yaşayış evinin tikintisi üçün ayrılan torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz.
2.Bələdiyyə büdcəsindən pul vəsaiti hansı qaydada ayrılır?
“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılır və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməlidir.
Hazırladı: Çingiz Cavadov
Lənkəran regional ədliyyə idarəsinin
baş məsləhətçisi kiçik ədliyyə müşaviri