Bələdiyyə mülkiyyəti yerli özünü idarəetmənin iqtisadi əsasını təşkil edən əsaslardan biridir. Yerli özünü idarəetmə orqanlarının mülkiyyəti və yaxud əmlakı deyəndə bələdiyyəyə mənsub yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak nəzərdə tutulur
Qanunverciliklə müəyyən edilmiş qaydada bələdiyyələrin fəaliyyətlərini təmin etmək məqdsədiylə dövlət mülkiyyətində olan əmlakların bələdiyyələrin sərancamına verilməsi mümkündür. Bu əmlakların sırasına inzibati binalar, otaqlar, avadanlıqlar, mənzil-kommunal, sosial və mədəniyyət obyektləri, əhalinin ümumi istifadəsində olan obyektlər və digər dövlət əmlakı daxildir. Bələdiyyənin mülkiyyətinə veriləcək əmlak sırasına yalnız özəlləşdirilməsi mümkün olan əmlaklar daxildir. Özəlləşdirilməsi mümkün olmayan əmlakın bələdiyyənin mülkiyyətinə verilməsi qanunla qadağan edilmişdir. Dövlət əmlakının bələdiyyələrin istifadəsinə bələdiyyələrin müraciətə əsasında verilir, mülkiyyətin bələdiyyənin istifadəsinə verilmə qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bələdiyyə mülkiyyətinə daşınmaz dövlət əmlakının verilməsi Azərbaycan Respublikasında Dövlət əmlakının Registrində müvafiq qeydiyyatlar aparılmaqla və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə məlumat verməklə həyata keçirilir.
Yerli özünü idarəetmə orqanlarının sahib olduqları əmlak dövlət əmlakı deyildir və bələdiyyələr sərbəst olaraq əmlakına sahiblik etmək, həmin əmlakdan istifadə etmək və əmlakı barədə müstəqil sərəncam vermək hüququna malikdirlər. Dövlət orqanları tərəfindən bələdiyyələrə öz əmlakından istifadə edilməsi hüququnun məhdudlaşdırılması yol verilməzdir. istisna hallarda Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hallarda əhali tərəfindən bələdiyyə əmlakın idarə edilməsi həyata keçirilə bilər. Bələdiyyə mülkiyyətindən istifadə edilməsi yalnız Azərbaycan Respublikasının Konstitusiyası və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş bələdiyyə vəzifələrinin prinsiplərinə uyğun həyata keçirilə bilər .
Qanuna uyğun olaraq bələdiyyə üzvlərinin ümümi yığıncağında iclasın qərarı ilə bələdiyyənin mülkiyyətində olan obyektləri fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər.
Bələdiyyələrin mülkiyyətini formalaşdıran mənbələr aşağıdakılardır:
Bələdiyyələrin istisadi əsaslarının formalaşdırmaq və maliyyə vəziyyətlərini yaxşılaşdırmaq məqsədiylə qanunverciliyə uyğun olaraq təsərrüfat fəaliyyəti ilə və qanunvericiliklə qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün müstəqil hüquqi şəxslər yarada bilmək, onların yenidən təşkili və ləğvi məsələlərini həll edə bilmək səlahiyyətləri vardır.
Bələdiyyə mülkiyyətinə verilmiş əmlak dedikdə təkcə inzibati binalar, otaqlar, avadanlıqlar, mənzil-kommunal, sosial və mədəniyyət obyektləri deyil həmçini ərazi və yaxud sahələri nəzərdə tutulur. Dövlətin apardığı torpaq islahatına əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaq sahələrini çıxmaqla qalan torpaq sahələri bələdiyyə mülkiyyətinə verilir.
Dövlət tərəfindən torpaqların bələdiyyə orqanlarına təhvil verilməsi prosesi müvafiq icra hakimiyyəti orqanının lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməsiylə həyata keçirilir.
Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir:
Torpaq islahatı haqqında Azərbaycan Respublikasının Qanununa əsasən ümumi
istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin, küçələrin, meydanların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı, habelə əhalinin mal-qarası üçün örüş sahələri, bələdiyyə yollarının və təsərrüfat daxili yolların, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların və ümumi istifadədə olan digər obyektlərin yerləşdiyi torpaqlar aiddir.
Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara həmən şəxslərin qanuni istifadəsində və icarəsində olan lakin bələdiyyə mülkiyyətində olan torpaqları daxildir.
Bələdiyyələrin ehtiyat torpaq fonduna aşağıdakı torpaq sahələri aiddir:
Bələdiyyələrin mülkiyyətində olan torpaqlara sahiblik, habelə onlardan istifadə və onlara dair sərəncam verilməsi sahəsində idarəetmə mülki və torpaq qanunvericiliyinin habelə "şəhərsalmanın əsasları haqqında" və "Memarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunlarının tələblərinə və bələdiyyənin nizamnaməsinə uyğun həyata keçirilir.
Bələdiyyə əmlakının tərkib hissəsi olan yerli büdcəni formalşadıran bələdiyyəyə mənsub yerli vergilər və ödənişlər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. Lakin Yerli vergilər və ödənişlər əsasında formalaşan yerli büdcə bələdiyyə büdcəsi olmaqla dövlət büdcəsinin tərkib hissəsi deyil.
Yerli büdcəni formalaşdıran gəlirləri fiziki şəxslərdən alınan vergilər, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə əmlakının özəlləşdirilməsindən və icarəyə verilməsindən gəlirlər, lotoreyalardan daxil olan vəsait, habelə bələdiyyələrin fəaliyyətindən əldə edilən digər gəlirlər, fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların maliyyə yardımları və qrantları,dövlət əhəmiyyətli tədbirlərin və dövlət orqanlarının qərarları nəticəsində yaranan xərclərin ödənilməsi üçün maliyyə vəsaiti, bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə yerləşdirilən küçə reklamlarına görə ödənişlər təşkil edir.
Bələdiyyələrin daşınar əmlakına əsasən qurğular, texniki avadanlıqlar və texnikalar daxildir. Bələdiyyələrin avadanlıqlar deyəndə bələdiyyələrin ofislərində, bələdiyyələrin mülkiyyətində olan obyektlərdə və bələdiyyələrin yaratdığı hüquqi şəxslərin istifadə etdikləri avadanlıqlar başa düşülür.
Bələdiyyə əmlakı ilə əlaqədar yaranmış mübahisələr məhkəmə yolu ilə həll edilir.
Fərman Salmanlı
Hüquqşunas