sorğu
Zakatala rayon Muxax kənd qəbirstanlığının giriş hissəsində olan dəmir darvaza uzun illər istismar olunduğundan bərbad vəziyyətdə idi. Kənd sakinlərinin müraciətinə diqqətlə yanaşan bələdiyyə sədri Valeh Abdullayevin tapşırığı əsasında yeni darvaza hazırlanaraq kənd qəbirstanlığının girişinə qoyulmuşdur. Bu barədə məlumatı Muxax bələdiyyəsi yayıb.
Məsələylə bağlı Belediyye.infoya açıqlama verən sədri V. Abdullayevin sözlərinə görə, hər bir kənd sakininin müraciətlərinə bundan sonra da diqqətlə yanaşılacaq. Onların müraciətləri əsasında biz bundan sonra da daha uğurlu xeyirli olan layihələri həyata kecirəcəyik.
Belediyye.info