Ulu Öndərin qiymətli kəlamlarından biri olan “Təhsil millətin gələcəyidir!”
Bəli bu gün Bibiheybət bələdiyyəsinin fəaliyyətində təhsilə verilən diqqət daha bir addımda özünü göstərdi.
Belə ki, bələdiyyə qəsəbəsində fəaliyyət göstərən yeganə 50 nömrəli məktəbdə 2021-2022-ci tədris ilində təhsil alan 11-ci sinif şagirdləri üçün həvəsləndirici müsabiqə elan olundu. Müsabiqənin şərtlərinə görə tədris ilinin sonunda 600 baldan yuxarı bal toplayanlara laptop, 500 baldan yuxarı toplayanlara smartfon, 400 baldan yuxarı toplayanlara planşet hədiyyə olunacaq.
Bələdiyyənin sədri Validə Həsənova, sədr müavini və məktəbin direktoru Sədaqət Həsənovavə bələdiyyə katibi Aytəkin ədalət Qızı bugün şagirdlərlə görüş keçirərək, onları müsabiqə ilə tanış etmiş, tədris ili boyu onlara uğurlar arzulayıblar.
Bundan başqa bələdiyyə əməkdaşları məktəbin dərsdənkənar ictimai işlərində fəal iştirak edən şagirdlərin fəxri fərmanlarla təltif olunmasında iştirak etmişlər.
Səbail rayonu Bibiheybət bələdiyyəsi