Qaradağ rayon Lökbatan bələdiyyəsi tərəfindən qəsəbədə yerləşən “Neftçi Qurban” adına 288 saylı məktəbdə xalqımızın ümummilli lideri Heydər əlirza oğlu əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Xalqın fəxri" mövzusunda keçirilən inşa müsabiqəsinin yekun təqdimatı keçirilmişdir. Bütün məktəb şagirdlərini əhatə edən bu müsabiqədə müxtəlif yaş qruplarından olan şagirdlər iştirak etmiş, ümummilli liderimiz H.əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif mərhələlərini əhatə edən təqdimatlarla çıxış etmişlər.
Bələdiyyənin yaydığı məlumata görə, iştirakçıların slaydlarla zənginləşdirilmiş təqdimatlarından onların bu dahi şəxsiyyətin parlaq və möhtəşəm həyatına nə qədər yaxından bələd olduqları izləyicilərin də diqqətindən yayınmamışdır.
Müsabiqənin sonunda müvafiq olaraq ilk 3 yerə sahib olmuş iştirakçılar-Səbinə Hüseynli, Agahəsən Ağazadə, Cəfər Səfərli bələdiyyənin təsis etdiyi pul mükafatları və fəxri fərmanlarla təltif edilmişlər. Daim təhsili özü üçün prioritet məsələlərdən biri hesab edən Lökbatan bələdiyyəsi gələcəkdə də bu fəaliyyətini davam etdirmək niyyətindədir.
Belediyye.info
|
|
|
|
|
|
|
|