"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə növbəti layihəni sakinlərin müraciəti əsasında yerinə yetirib

--2018-03-29 / 15:14

 Binəqədi rayon Biləcəri bələdiyyəsindən Belediyye.infoya daxil olan məlumata görə, qəsəbə sakinlərinin bələdiyyəyə etdikləri müraciətə əsasən qəsəbənin Nəsimi küçəsində cari təmir işləri həyata keçirilib. Küçənin ehtiyac olan hissələrində cari təmir işləri aparılmış və asfalt döşənmişdir.

Bələdiyyənin yaydığı digər məlumata görə, bununla yanaşı qəsəbədə təmizlik işləri hər zaman diqqətdə saxlanılır. Belə ki, bu gün ərzində qəsəbənin Ordubadi küçəsində iməcilik keçirlmişdir. ərazidə təmizlik işləri aparılmaqla yanaşı, həmdə sakinlər arasında görüşlər və maarifləndirici söhbətlərdə aparılmışdır.

Belediyye.info

ŞƏRHLƏR