"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə nümayəndələrinin hüquqi maarifləndirilməsi davam etdirilir

--2016-03-04 / 00:19

ədliyyə Nazirliyinin imişli regional ədliyyə şöbəsinin təşkilatçılığı ilə Saatlı şəhərində bələdiyyə nümayəndələri üçün seminar keçirilib.

AZəRTAC xəbər verir ki, Saatlı Rayon icra Hakimiyyətinin və rayon dövlət arxivinin məsul əməkdaşlarının da iştirak etdiyi seminarda çıxış edən imişli regional ədliyyə şöbəsinin rəisi Hakim Məmmədov ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, nazirliyin Bələdiyyələrlə iş Mərkəzi və regional ədliyyə şöbələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlərdən danışıb.

imişli regional ədliyyə şöbəsinin əməkdaşları Fəxrəddin ibadullayev və ilkin Savalan “şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması”, “Arxiv işinin qanunvericiliyin tələblərinə uyğun təşkili”, “Vətəndaşların müraciətləri haqqında Qanundan irəli gələn vəzifələr” və “Torpaq qanunvericiliyinin pozulması hallarına qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə Cinayət Məcəlləsində və inzibati Xətalar Məcəlləsində məsuliyyəti artıran yeni normaların əhəmiyyəti” mövzularında seminar iştirakçılarına ətraflı məlumat veriblər.

Seminarda imişli regional ədliyyə şöbəsinin əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

http://azertag.az/xeber/932146

ŞƏRHLƏR