"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə parkda cari təmir işləri aparıb

--2016-11-17 / 06:14

Bərdə bələdiyyəsinin yaydığı məlumata görə, bələdiyyənin  tikinti və bərpa briqadası şəhər sakinlərinin asudə vaxtlarında faydalı istirahət etməsi üçün əhalinin istifadəsinə verilmiş ulu öndər Heydər  əliyev və   “Qəhramanlar” parkında abadlıq və bərpa işləri aparılıb.

Məlumatda bildirilir ki, hər iki parkın ərazisində sıradan çıxmış mərmərlər  bərpa edilmiş və təmizlənmiş eyni zamanda böyük gül qabları yenidən rənglənmişdir. Daha sonra həmin briqada S.Vurğun, Ü.Hacıbəyov küçələrində və Qəhramanlar parkında yerləşdirilmiş elektrik dirəklərində də təmir işləri görərək həmin ərzilərin işıqlandırılmasını təmin etmişdir.

Bərdə bələdiyyəsi şəhərdə abadlıq işlərini davam etdirir.

Belediyye.info

ŞƏRHLƏR