"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə pilotsuz uçuş aparatı yaradıb

--2018-10-14 / 10:37

Dubay bələdiyyəsi çimərlikdə insanların təhlükəsizliyinə nəzarəti təmin etmək məqsədilə “Flying Rescuer” adlı pilotsuz uçuş aparatı (PUA) yaradıb.

Dubay bələdiyyəsinin məlumatına görə, bu, dünyada həm funksiyalarına, həm də dizaynına görə ilk belə uçan aparatdır. O, 8 kiloqram yük qaldırmaqa qadirdir, həm radioidarəetmə, həm də avtopilot rejimində hərəkət edə və 30 dəqiqə batareyasını doldurmadan işləyə bilir. PUA, həmçinin yüksək hərarətə və nəmişliyə davamlıdır.

Dron nəzarət nöqtəsindən bir kilometr məsafədə canlı yayım həyata keçirmək imkanı olan iki videokamera ilə təchiz edilib.

Asya Hacızadə

AZəRTAC-ın xüsusi müxbiri

əbu-Dabi

https://azertag.az/xeber/1204160

ŞƏRHLƏR