"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə qəbul vaxtı barədə elanları yerli qəzetdə yerləşdirir

--2017-02-15 / 16:16

Naftalan bələdiyyəsinin sdəri Mahir Məmmədovun Belediyye.infoya verdiyi məlumata görə, vətəndaşlar həftənin I və V günləri saat 10:00-dan 13:00-a kimi bələdiyyə sədri tərəfindən qəbul edilir. Qəbula gələn vətəndaşların qeydiyyatı aparılır.

Bu barədə qrafik tərtib olunub və həmin qrafik yerli “Naftalan” qəzetində də qeyd olunur. Qəbullarda vətəndaşların ərizə və müraciətləri dinlənilərək həllinə dair müvafiq tədbirlər görülür.

Ötən il ərzində bələdiyyə sədri və bələdiyyənin digər məsul işçiləri tərəfindən 87 nəfər vətəndaş qəbul edilib. Onların qaldırdığı məsələlər bələdiyyə səlahiyyətləri daxilində öz həllini tapıb. Bələdiyyəyə aid olmayan məsələlərdə isə digər aidiyyatı orqanlara müraciət edilməsi vətəndaşlara tövsiyyə olunub.

Sonda sədr onu da bildirib ki, Naftalan bələdiyyəsinə edilən müraciət və şikayətlərin qaynaqlandığı səbəb təyin olunur və bələdiyyə iclaslarında müvafiq qərarlar qəbul edilir. Bu barədə vətəndaşlara rəsmi məlumat verilir.

Belediyye.info

ŞƏRHLƏR