Binəqədi rayonu M.ə.Rəsulzadə Bələdiyyəsində rayonda sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti ilham əliyevin fərman, sərəncam və çıxışlarında verdiyi tapşırıqların öyrənilməsi və təşviqi ilə əlaqədar iclas keçirilmişdir. Bu barədə bələdiyyədən daxil olan məlumatda bildirilir ki, Binəqədi rayon icra Hakimiyyəti ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşovun iştirakıyla təşkil olunan iclasda Binəqədi Rayonu M.ə.Rəsulzadə inzibati ərazi Dairəsi Üzrə Nümayəndəliyinin əməkdaşları və M.ə.Rəsulzadə Bələdiyyəsinin bələdiyyə üzvləri və qulluqçuları iştirak ediblər.
iclasda Binəqədi rayonu M.ə.Rəsulzadə qəsəbəsi ərazisində iqtisadi durumun yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın inkişafı, əhalinin işgüzar fəaliyyətinin və məşğulluq səviyyəsinin artırılması istiqamətlərində söhbət aparılmış, əhali arasında maarifləndirmə işinin gücləndirilməsi tövsiyə olunmuşdur.
Belediyye.info