"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə qəsəbənin abadlaşdırılmasını davam etdirir

--2015-09-18 / 13:31

Sabunçu rayon Bakıxanov bələdiyyəsi qəsəbədə ciddi şəkildə abadlıq işlərini həyata keçirməyə başlayıb. Bu barədə məlumat bələdiyyədən daxil olub. Məlumata görə, qəsəbənin  Səməd bəy Mehmandarov küçəsində  olan parkda yaşıllaşdırma və abadlıq işlərinə start verilib. Artıq xeyli bir hissəsdə parkda müasir üslubda olan cağlar quraşdırılıb. Bələdiyyə iclasının qərarıyla həyata keçirilən işlərin ilin sonundək başa çatdırılması nəzərdə tutulub.

Xatırladaq ki, Bakıxanov qəsəbəsi  12 kv.km- ərazini əhatə edir. Bakıxanov qəsəbəsi 1936-cı ildə qəsəbə statusu almış və  “Stepan Razin qəsəbəsi” adı verilmiş və 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Milli şurasının qərarı ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi adlandırılmışdır.

Belediyye.info

 

ŞƏRHLƏR