"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə qəsəbənin ahıl sakinini ziyarət edib

--2018-08-10 / 10:13

Sabunçu rayonu Pirşağı bələdiyyəsi qəsəbənin tənha və ahıl sakini Allahverdiyeva ismət Beşdəmir qızını ziyarət edib.

Bununla bağlı bələdiyyə sədri şakir Quliyevin Belediyye.infoya verdiyi məlumata görə, “Azərbaycan xalqının dəyərli adət-ənənələrindən biri də böyüklərə hörmətdir. Yaşlı nəsilə qayğı məqsədilə bələdiyyə üzvləri və əməkdaşlarımızın iştirakıyla ismət Xudiyevanın mənzilində olmuş ona maddı və mənəvi dəstək göstərmişlər.”

Qeyd edək ki, bələdiyyə iclasının qərarıyla xanıma ərzaq bağlaması təqdim edilmişdir. Bununla yanaşı Pirşağı xəstəxanasından olan həkim briqadası xanıımı müayinə edərək ona lazım olan müalicə kursu da yazmışdır.

Sədrin sözlərinə görə, Pirşağı bələdiyyəsi   hər zaman qəsəbədə sosial layihələrin icrasına geniş yer verir.

Belediyye.info

ŞƏRHLƏR