sorğu
“Biz də Buzovna bələdiyyəsi olaraq qışa hazırlıqla bağlı öz töhvəmizi verməyə çalşırıq”-bu fikirləri Belediyye.infoya Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb əliyev bildirib.
Qəsəbənin H.Eyvazov və M.Lermontov küçələrində qış vaxtlarında hərəkətin çətinliyini nəzərə alaraq bələdiyyə iclasının qərarıyla üç ədəd qum və duz saxlanc yerləri inşa edilib. Üç kub həcmində olan saxlanc yerlərinə duz və qum ehtiyatı da əlavə edilib.
Qeyd edək ki, adıçəkilən küçələrdə müəyyən dərəcədə yüksəklik olduğundan qış vaxtı avtomaşınların hərəkəti çətinləşir. Qum və duz ehtiyatı saxlamaqla məqamında yollarda sürüşkənliyin səviyyəsi azaldılacaqdır.
Belediyye.info
|
|
|
|
|
|