Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurasının maliyyə dəstəyi və Sumqayıt Bələdiyyəsinin təşkilatçılığı ilə "Tərəqqi” Sosial-iqtisadi Araşdırmalar ictimai Birliyi tərəfindən Sumqayıt tarixi muzeyində “Sumqayıt, Quba və ismayıllı bələdiyyələri ilə qeyri-hökumət təşkilatlarının münasibətlərinin inkişafı” mövzusunda geniş tədbir keçirilib.
Sumqayıt Bələdiyyəsi nümayəndələrinin, onun məhəllə komitələri fəallarının və Sumqayıtda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, müxtəlif cəmiyyət və ictimai birlik nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə "Tərəqqi” Sosial-iqtisadi Araşdırmalar ictimai Birliyinin sədri indira şəmsivari açıb. Sədr çıxışında son illərdə əhalinin yaşayış şəraitinin daha da yaxşılaşdırılması, sosial tələbatın daha dolğun ödənilməsi sahəsində ölkə rəhbərliyinin müvafiq sərəncam və göstərişlərinin rəhbər tutularaq, Azərbaycanda bələdiyyələrin ictimai fəallığının artması, əhalinin yerli sosial və məişət qayğılarının öyrənilməsi, yaranmış problemlərin həlli ilə bağlı görülən tədbirlər daha geniş xarakter aldığını qeyd edib.
Məruzə ətrafında çıxış edərək, yerlərdə əhalinin ictimai problemlərinin həllində bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artdığını məmnunluqla qeyd edən tədbir iştirakçıları - “insan Hüquqları və Maarifçilik” iB-nin sədri Rəfail Becanov, tarix elmləri namizədi Samir Kərimov, “Yeni həyat” ictimai Birliyinin sədri ədil ədilzadə və digərləri öz çıxışlarında bələdiyyələrlə QHT-lərin birgə əməkdaşlığının daha da effektli olacağına əminlik ifadə etmiş və əhalinin maraqlarına xidmət sahəsində bu cür əməkdaşlığın genişləndirilməsinin günün tələbi olduğunu bildiriblər.
Tədbirdə Sumqayıt Bələdiyyəsinin və şəhərin ictimai təşkilatlarının, QHT-lərin qabaqcıl və fəal nümayəndələri "Tərəqqi” Sosial-iqtisadi Araşdırmalar ictimai Birliyinin fəxri-fərmanları ilə təltif ediliblər.
Analoji tədbirlər yaxın günlərdə Quba və ismayıllıda da keçiriləcəkdir.
Orxan MəMMəDZADə
Foto Amil əhmədovundur.