“Bələdiyyə qulluqçularının da peşə bayramı gününün təsis edilməsi və bu günün dövlət səviyyəsində qeyd olunması bələdiyyələrə fəaliyyətlərində əlavə stimul vermiş olacaq” - bunu Belediyye.info saytına açıqlamasında Yasamal bələdiyyəsinin sədri Zakir Cəfərov deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda demək olar ki, bütün sahə qulluqçularının peşə bayramı dövlət qəviyyəsində qeyd olunur. Belə bir günün qeyd oluması bələdiyyə qulluqçularının seçicilərinə daha yaxşı fəaliyyəti üçün stimul vermiş olar. Belə bir günün dekabr ayında qeyd oluması daha məqsədəuyğun olardı. əlavə edək ki, bu günədək keçirilən bələdiyyə seçkiləri məhz dekabr ayında keçirilmişdir.
Qeyd edək ki, bələdiyyə qulluqçuların peşə bayramının qeyd olunması məsələsi əvvəllərdə qaldırlıb.
Xatırladaq ki, bu gün bələdiyyə sistemində 18 minə yaxın bələdiyyə qulluqçusu çalışır.