şəmkir regional ədliyyə idarəsi Bələdiyyələrlə iş mərkəzi ilə birgə şəmkir şəhərində idarənin ərazi yurisdiksiyasına daxil olan bələdiyyə qulluqçuları üçün “Bələdiyyələrdə vergi işinin səmərəliliyinin artırılması” mövzusunda seminar keçirilib. Bu barədə Belediyye.infoya məlumat şəmkir regional ədliyyə idarəsindən daxil olub.
Seminarı giriş sözüylə şəmkir regional ədliyyə idarəsinin rəisi Zahir Hümbətov açaraq iştirakçılara mövzu ətrafında fikirlərini bildirib.idarə rəisinin sözlərinə görə, idarə fəaliyyətinin bir istiqaməti də bələdiyyə üzvlərinin maarifləndirməsiylə bağlıdır.
Cari ilin sonunadək bələdiyyə üzvlərinin və qulluqçularının maafirləndirməsi təsdiq edilmiş qrafik üzrə aparılmaqla, müxtəlif mövzular ətrafında fikir rmübadiləsi aparılması nəzərdə tutulub.
Sonra maliyyə məsələləri üzrə mütəxəssis Zöhrab Fərəcov mövzu ətrafinda geniş məruzə ilə çıxış edib.
Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə ümumilikdə 104 bələdiyyə qulluqçusu iştirak edib.
Belediyye.info
|
|
|