"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə qulluqçuları üçün seminar keçirilib

--2021-08-23 / 17:58

Qaradağ rayonu Sahil bələdiyyəsinin qulluqçuları üçün ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin məsul işçiləri Səfa Cəfərov və israfil Mustafayevin iştirakıyla genişməzmunlu seminar-görüş keçirilib.

Bələdiyyədən verilən məlumata görə, maarifləndirici xarakter daşıyan görüşdə bələdiyyə qulluqçuları və bələdiyyənin vergi müfəttişləri iştirak ediblər.

Görüşdə bələdiyyə tərəfindən yerli vergilər üzrə yaranmış debitor borcların yığılması məqsədilə icrası məcburi aktların qəbul edilməsi və aidiyyəti icra qurumlarına göndərilməsi vəziyyəti Sahil bələdiyyəsi üzrə təhlil edilmiş və bir sıra tövsiyələr verilmişdir. Üçsaatlıq görüşdə hər bri bələdiyyə qulluqçusu ilə fərdi görüş təşkil edilmiş, məsləhətlər verilmişdir.

Belediyye.info

ŞƏRHLƏR