Ölkəmizdə bütün sahələrdə olduğu kimi yerli özünüidarəetmənin inkişafı istiqamətində də dövlətimiz tərəfindən ardıcıl tədbirlər həyata keçirilməklə, müntəzəm olaraq bələdiyyələrin fəaliyyətini tənzimləyən hüquqi baza təkmilləşdirilməkdədir. Bu hüquqi islahatların davamı olaraq 28 aprel 2015-ci il tarixdə “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Bu Qanun bələdiyyə qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini, habelə həmin qayda və prinsiplərə əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.
Həmin Qanun bələdiyyə qulluqçusu statusu olan bütün şəxslərə şamil edilir və yerli özünüidarə oqranlarının, bələdiyyə qulluqçularının nufuzunun, onların fəaliyyətinin səmərəliliyinin və şəffaflığın artırılması, vətəndaşların bələdiyyələrə olan etimadının yüksəldilməsi, koprrupsiyanın qarşısının alınması məqsədini daşıyır.
Qeyd etdiyimiz kimi sözügedən Qanunla bələdiyyə qulluqçuları üçün bir sıra etik davranış qaydaları və prinsipləri müəyyən olunmuşdr ki, bələdiyyə qulluqçusu xidməti davranışı zamanı aşağıda qeyd olunan qaydalara və prinsiplərə əsaslanmalıdır:
- Peşəkarlıq və fərdi məsuliyyətin artırılması;
- Loyallıq;
- insanların hüquq və azadlıqlarına, qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət;
- Mədəni davranış;
- əmr, sərəncam və tapşırıqların yerinə yetirilməsi;
- Qərəzsizlik;
- Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi;
- Korrupsiyanın qarşısının alınması;
- Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər;
- Maraqlar toqquşmasının qarşısının alınması;
- əmlakdan istifadə;
- Məlumatlardan istifadə;
- ictimai və ya siyasi fəaliyyət;
Sadalan bu etik davranış qaydaları və prinsiplərinə əsasən bələdiyyə qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, yerli özünüidarə orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu, bələdiyyə qulluqçusunun elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil edilmir.
Bələdiyyə qulluqçularının fəaliyyəti insanların hüquq və azadlıqlarının, qanuni maraqlarının təmin olunmasına (qorunmasına) xidmət etməlidir. Bələdiyyə qulluqçusu bütün şəxslərlə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyindəki şəxslərlə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır. O, xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şərait yaradılmasına yol verməməlidir.
Həmçinin, bələdiyyə qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır və ona qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, bələdiyyə qulluqçusu onlardan imtina etməlidir.
Bundan başqa, bələdiyyə qulluqçusuna bələdiyyə əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyuter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlığından şəxsi maraqları naminə, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etmək qadağandır.
Eyni zamanda bələdiyyə qulluqçusuna bələdiyyə orqanlarında ictimai və ya siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla), yaxud dini təşkilatların struktur bölmələrini yaratmaq və ya həmin orqanlarda göstərilən struktur bölmələrin yaradılmasına yardım etmək, habelə seçkilər zamanı öz vəzifə mövqeyindən və səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının xeyrinə istifadə etmək qadağandır.
Bütün bunlarla yanaşı sözügedən Qanunda etik davranış qaydalarına əməl olunmamasına nəzarət mexanizmi və qaydalarının pozulmasna görə məsuliyyət növləri də müəyyən edilmişdir. Belə ki, etik davranış qaydalarına əməl olunmasına bələdiyyənin sədri nəzarət edir. Bunun üçün bələdiyyə sədri öz davranışı ilə etik davranış qaydalarına əməl olunmasına nümunə göstərməli, tabeliyində olan bələdiyyə qulluqçuları arasında onların tutduqları vəzifələrə uyğun olaraq vəzifə bölgüsü aparmalı, tabeliyində olan şəxsləri hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət etməyə və qərarlar qəbul etməyə sövq etməməli, rəhbərlik etdiyi yerli özünüidarə orqanlarına və onların struktur bölmələrinə kadrların seçilməsi və yerləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl etməli, etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görməli, habelə etik davranış qaydalarını pozan bələdiyyə qulluqçularının intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir.
Etik davranış qaydalarının pozulması bələdiyyə qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
Qanunda etik davranış qaydalarının pozulmasına görə bir sıra intizam məsuliyyətinin növləri müəyyən edilmişdir ki, bunlar da töhmət vermək, sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, aşağı vəzifəyə keçirmək və bələdiyyə qulluğundan azad etməkdir.
Hər bir bələdiyyə qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demakratik prinsipləri və etik davranış qaydalarını rəhbər tutaraq, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əməl etməyə borcludur.
Eldəniz ibrahimov
Bərdə regional ədliyyə idarəsininböyük məsləhətçisi,
kiçik ədliyyə müşaviri