sorğu
Gəncə şəhəri Nizami bələdiyyəsi icra aparatında çalışan bələdiyyə qulluqçularına yeni vəsiqələr təqdim edilib.
Bu barədə məlumatı Gəncə şəhəri Nizami bələdiyyəsi yayıb.
Məlumatda qeyd edilir ki, Nizami (Gəncə ş.) bələdiyyəsi icra aparatı işçilərinə və sahə müfəttişlərinə yeni beynəlxalq standartlara cavab verən vəsiqələr təqdim edilib.
Vəsiqələri bələdiyyə sədri Qoşqar Məmmədov təqdim edib.
Yeni vəsiqələr plastik kart formasındadır və beynəlxalq standartlara cavab verəcək şəkildə dizayn edilib. Vəsiqənin ön və arxa hissəslərində verilən mətn həm azərbaycan, həm də ingilis dillərində verilib.
Belediyye.info
|
|
|
|