Azərbaycan Respublikası Prezidenti ilham əliyev cənablarının uğurla həyata keçirdiyi dövlət siyasətinin və islahatların əsas istiqamətlərindən birini yerli özünüidarəetməyə dair qanunvericiliyin mütəmadi olaraq təkminləşdirilməsi və müasir dövrün tələblərinə cavab verən aktların qəbul edilməsi təşkil edir.
Müasir dövürdə bələdiyyələrin o cümlədən də, bələdiyyə qulluqçularının fəaliyyətini tənzim edən hüquqi aktların təkminləşdirilməsi, yeni hüquqi aktların qəbul edilməsi hüquqi dövlət quruculuğu prosesinin ayrılmaz tərkib hissəsi kimi diqqəti cəlb edir.
Qanunun aliliyinin, insan hüquqlarının və azadlıqlarının, demokratik və etik davranış qaydalarının təmin edilməsi sahəsində bələdiyyə qulluqçularının üzərinə böyük vəzifələr düşür. Bu baxımdan bələdiyyə qulluqçularının fəaliyyətində mühüm yer tutan məsələlərdən biri də onların etik davranış qaydalarıdır. Bələdiyyə qulluqçuları etik davranış qaydalarına mütəmadi olaraq riayət etməlidir.
Azərbaycan Respublikasının Prezidenti ilham əliyev cənablarının 2012-ci il 5 sentyabr tarixli Sərəncamı70 ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın “Bələdiyyələrin fəaliyyətinin təkminləşdirilməsi” adlanan bölməsində nəzərdə tutulmuş məsələlərdən biri də “Bələdiyyə qulluqçularının etik davranış qaydalarının hazırlanması” olmuşdur. Buna müvafiq olaraq Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikası 2015-ci il 28 aprel tarixli Qanunu71 qəbul edilmişdir. Qanunda təsbit edilmiş normalara aşağıda diqqət yetirilmişdir.
Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikası Qanunu ilə bələdiyyə qulluqçuları üçün etik davranış qaydaları və prinsipləri, habelə həmin qayda və prinsiplərə əməl olunması ilə bağlı hüquqi mexanizmlər müəyyən edilmişdir. Həmin qanun bələdiyyə qulluqçusu statusu olan şəxslərə şamil edilir və onların üzərinə düşən vəzifələr sistemini yaradır.
Qanunvericiliyə müvafiq olaraq hər bir bələdiyyə qulluqçusunun üzərinə düşən vəzifələrdən biri də onların öz fəaliyyətində aşağıdakılar rəhbər tutmalarıdır.
1) qanunun aliliyi;
2) insan hüquqları;
3) demokratik prinsiplər;
4) etik davranış qaydaları.
Bələdiyyə qulluqçularının üzərinə düşən vəzifələrdən biri də Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikası Qanununun müddəalarına əməl etməsidir. Bu onların vəzifə borcları sisteminə daxildir.
Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikası Qanununun məqsədləri sırasına aşağıdakılar daxildir:
1) yerli özünüidarə orqanlarının nüfuzunun artırılması;
2) bələdiyyə qulluğunun nüfuzunun artırılması;
3) vətəndaşların yerli özünüidarə orqanlarına etimadın yüksəldilməsi;
4) vətəndaşların bələdiyyə qulluqçularına etimadın yüksəldilməsi;
5) yerli özünüidarə orqanlarının fəaliyyətində səmərəliliyin artırılması;
6) yerli özünüidarə orqanlarının fəaliyyətində şəffaflığın artırılması;
7) bələdiyyə qulluqçularının fəaliyyətində səmərəliliyin artırılması;
8) bələdiyyə qulluqçularının faəliyyətində şəffaflığın artırılması.
9) yerli özünüidarə orqanlarında korrupsiyanın qarşısının alınması;
10)bələdiyyə qulluqçularının fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması ;
11) bələdiyyə qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi;
12)bələdiyyə qulluqçularından gözlənilən davranışı barədə vətəndaşların məlumatlandırılması;
13) yerli özünüidarə orqanlarının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşaların təsir imkanlarının genişləndirilməsi;
14)bələdiyyə qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir imkanlarının genişləndirilməsi.
Bələdiyyə qulluqçusunun xidməti davranışı dedikdə, onun qanunla müəyyən olunmuş
hüquqlarının həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyəti başa düşülür. Bələdiyyə qulluqçusunun xidməti davranışı Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır.
Bələdiyyə qulluqçusunun xidməti davranışını tənzim edən hüquqi aktlara aşağıdakılar daxildir:
1) Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu;
2) digər müvafiq normativ hüquqi aktlar;
3) müvafiq yerli özünüidarəetmə orqanının qəbul etdiyi qərarlar.
Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikası Qanununun 2-ci fəslində bələdiyyə qulluqçularının etik davranış qaydalarına dair münasibətləri tənzim edən normalar təsbit edilmişdir. Qanunla bələdiyyə qulluqçusunun peşəkarlıq və fərdi məsuliyyətinin artırılması məqsədi ilə aşağıdakılar müəyyən edilmişdir:
1) şəxsi maraqları naminə bələdiyyə qulluqçusu öz xidməti vəzifələrini səmərəli yerinə
yetirməyə borcludur;
2) cəmiyyətin maraqları naminə bələdiyyə qulluqçusu öz xidməti vəzifələrini səmərəli yerinə yetirməyə borcludur;
3) bələdiyyənin maraqları naminə bələdiyyə qulluqçusu öz xidməti vəzifələrini səmərəli yerinə yetirməyə borcludur;
4) dövlətin maraqları naminə bələdiyyə qulluqçusu öz xidməti vəzifələrini səmərəli yerinə yetirməyə borcludur;
5) bələdiyyə qulluqçusu öz fəaliyyətini qanunla müəyyən olunmuş səlahiyyətlər çərçivəsində yerinə yetirməyə borcludur;
6) bələdiyyə qulluqçusu öz fəaliyyətini peşəkarlıqla yerinə yetirməyə borcludur;
7) bələdiyyə qulluqçusu etik davranışı və peşəkar fəaliyyəti ilə yerli özünüidarə orqanlarına inamı artırmalı və möhkəmləndirməlidir.
Bələdiyyə qulluqçularının fəaliyyətində loyallıqda mühüm yer tutur. Loyallıq dedikdə, daha yüksək intelekt tələb edən peşə nümayəndələrinə xas olan keyfiyyət başa düşülür.
Bələdiyyə qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda bəzi hərəkətləri həyata keçirməməlidir. Belə ki, bələdiyyə qulluqçuları yerli özünüidarə orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar ( qanunsuz fəaliyyət istisna olmaqla ) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu hal bələdiyyə qulluqçusunun elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxarışlarına və ya elmi yazılarına şamil edilmir.
Bununla yanaşı bələdiyyə qulluqçusu bələdiyyə qulluğu ilə bağlı vəzifələrin icrasına uyğun olmayan və onun adına xələl gətirə biləcək, habelə yerli özünüidarə orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verilməməlidir. Eyni zamanda bələdiyyə qulluqçusu bələdiyyə qulluğu ilə bağlı qanunla nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməlidir.
Bələdiyyə qulluqçularının fəaliyyətində bəzi qadağalarda nəzərdə tutulmuşdur. Belə ki, bələdiyyə qulluqçusu qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməməlidir və ya qərarlar qəbul etməməlidir. Bələdiyyə qulluqçusu onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarılmasını istisna edən tədbirlər görməlidir.
Bələdiyyə qulluqçusunun fəaliyyətində korrupsiyaya şərait yaradan halların qarşısının alınması ən mühüm şərtlərdən biri hesab olunur. Belə ki, bələdiyyə qulluqçusuna qanunsuz maddi və qeyr-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, bələdiyyə qulluqçusu onlardan imtina etməlidir. Onlar bələdiyyə qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərlərinə məlumat verilməlidir.
Bələdiyyə qulluqçusnunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsaslardan biri də etik davranış qaydalarının pozulması hesab edilir. intizam icraatına başlanılan hallara aşağıdakılardır:
1) bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikası Qanunun müddəalarının bələdiyyə qulluqçusu tərəfindən pozulduğu barədə hüquqi və ya fiziki şəxslərdən şikayət və ya digər məlumatın daxil olması;
2) kütləvi informasiya vasitlərində bələdiyyə qulluqçusu tərəfində bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikası Qanunun müddəalarının pozulduğu və maraqların toqquşmasına yol verildiyi barədə məlumatın dərc edilməsi.
intizam icraatı zamanı bələdiyyə qulluqçusu tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, həmin əlamətləri aşkar etmiş bələdiyyə orqanının rəhbəri bu barədə cinayət təqibi orqanına məlumat verməlidir.
Etik davranış qaydalarının pozulmasına görə intizam məziliyyətinin növləri
Etik davranış qaydalarının pozulmasına görə aşağıdakı intizam məsuliyyəti tədbirlərindən biri tətbiq edilə bilər:
1) töhmər vermək;
2) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
3) aşağı vəzifəyə keçirmək;
4) bələdiyyə qulluğundan azad etmək.
intizam tənbehi tətbiq edilərkən bələdiyyə qulluqçusunun şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi, onun törətdiyi xətanın xarakteri nəzərə alınmalıdır. Yuxarıda göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan bələdiyyə qulluçusuna yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Etik davranış qaydalarını pozmuş bələdiyyə qulluçusu barəsində intizam məsuliyyəti tədbiri pozuntunun aşkar edildiyi gündən etibarən 30 gün ərzində tətbiq edilir.
Yusif SəFəROV
ədliyyə Nazirliyinin şirvan regional ədliyyə idarəsinin
Aparıcı məsləhətçisi,
III dərəcəli ədliyyə qulluqçusu