"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə qulluqşusu olan ağsaqqalın 70 yaşı tamam olur

--2018-06-05 / 16:35

Bu gün Xətai Bələdiyyəsinin kollektivində çalışan, imişli rayonundan olan el ağsaqqalı Seyid Niyaz Ağanın oğlu Hafiz Tağıyevin 70 yaşı tamam olur.

Hazırda bələdiyyədə kadrlar üzrə mütəxəssis vəzifəsində çalışan Hafiz Tağıyev 1965-ci ildə orta məktəbi qızıl medalla bitirərək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunun müalicə profilaktika fakultəsinə daxil olub.

1971-ci ildə ali tibb təhsili alan H.Tağıyev Kəlbəcər rayonu istisu sanatoriyasında həkim kimi əmək fəaliyyətinə başlamışdır.

1974 -1982-ci illərdə Bakı 29 saylı Birləşmiş şəhər Xəstəxanasında şöbə müdiri və baş həkim, 1982-1994-cü illərdə isə irəli çəkilərək Xəzər rayon səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb.

1994-2017-ci illərdə isə Xəzər rayonu 29 saylı Birləşmiş xəstəxananın baş həkimi vəzifəsində çalışıb.

Ali dərəcəli səhiyyə təşkilatçısıdır.

2017-ci ildən Xətai Bələdiyyəsində çalışır.

Xətai Bələdiyyəsinin kollektivi, başda sədr əliyar əliyev olmaqla Hafiz Tağıyevin 70 yaşı tamam münasibətiylə təbrik edir, ona uzun omür və can sağlığı arzu edir

Xətai Bələdiyyəsinin kollketivi.

P.S. Belediyye.info olaraq bizdə bu təbriklərə qoşuluruq

ŞƏRHLƏR